Suriyalı didərginlər öz evlərinə qayıdırlar
İyul 16, 2017 17:38 Asia/Baku
-
Suriyalı didərginlər öz evlərinə qayıdırlar
Suriyanın bəzi bölgələrində təhlükəsizliyin bərqərar edilməsinin ardınca Livanda didərgin həyatı yaşayan onlarla ailə bu ölkənin Ərsal bögəsindən Suriyanın cənubunda yerləşən Əssal Əl-Vərd məntəqəsinə qayıdıblar.
Suriyanın Əl-Əxbariyyə telekanalının verdiyi məlumata görə, 400 nəfərdən ibarət 50 suriyalı ailə iki il yarım müddətində Livanın Ərsal düşərgəsində didərgin həyatı yaşadıqdan sonra nəhayət Dəməşqin cənubunda yerləşən Əssal Əl-Vərd bölgəsinə qayıdaraq öz doğma yurdlarında məskunlaşıblar.