Sionist rejim tərəfindən fələstinli namazqılanlara divan tutulması davam edir
İyul 21, 2017 04:38 Asia/Baku
Sionist rejim hərbçilərinin dünən gecə Məsciduləqsada fələstinli namazqılanlara qarşı basqını 42 fələstinlinin yaralanması ilə nəticələnib.
IRNA-nın məlumatına görə, yaralılardan ikisinin vəziyyəti ağır elan olunub.
Qüdsü işğal etmiş rejimin hərbçilləri çərşənbə axşamı günü gecə də Məsciduləqsanın girəcəklərində fələstinli namazqılanlara hücum edərək, Məsciduləqsanın xətibi Şeyx Əkrəmə Səbri daxil olmaqla onlarla fələstinlini yaralayıblar.
Bazar ertəsi günü gecə də Fələstin Milli Təşəbbüs Layihəsinin baş katibi Mustafa Bərğusi daxil olmaqla əlli fələstinli sionist rejim hərbçilərinin basqını zamanı yaralanıbdır.
Teqlər