İslam ölkələri xalqları Qəzəb Günü aksiyalarında fələstinlilərə dəstək olublar
-
İslam ölkələri xalqları Qəzəb Günü aksiyalarında fələstinlilərə dəstək olublar
Qəzəb Günü aksiyaları işğal olunmuş Fələstin ərazilərindən daha geniş yayılıb və islam və ərəb ölkələrinin minlərlə vətəndaşı cümə namazından sonra sionist rejimin Məscidül-Əqsaya hücumlarına etiraz olaraq aksiya keçirib.
İRİB-in məlumatına görə, Fələstinlə sərhəd olan Livanın Marvis əl-Rəs qəsəbə sakinləri cümə günü fələstinlilərin səsinə səs verərək Məscidül-Əqsaya dəstək aksiyasında iştirak ediblər.
İordaniya paytaxtı Əmmanda və bu ölkənin digər vilayətlərində minlərlə vətəndaş aksiya keçirərək islam və ərəb ölkələrinin sionist rejimin Məscidül-Əqsaya hücumları qarşısında güclü mövqe sərgiləməsini istəyib.
İraq və Yəmən vətəndaşları da Qüds, Fələstin xalqı və Məscidül-Əqsaya dəstək üzrə aksiya keçirərək sionist rejimin bu müqəddəs məkana hücumlarını pisləyiblər.