İyul 23, 2017 10:51 Asia/Baku
  • Bəhreynlilər dağıdılmış məscidlərin yerində namaz qılırlar
    Bəhreynlilər dağıdılmış məscidlərin yerində namaz qılırlar

Bəhreyndə Ali-Xəlifə rejimi tərəfindən dağıdılmış şiələrə məxsus məscidlərin təxminən yarısı muzey və parka çevrilib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, 2011-ci il 14 fevral inqilabından bu günədək Ali-Xəlifə rejimi Bəhreyn şiələrinin 40 məscidini dağıdıb. 

Eyni zamanda Bəhreyn xalqı dünən məğrib və işa namazlarını Ali-Xəlifə rejimi tərəfindən dağıdılmış Əl-Ələviyyat məscidinin dağıntılarında qılıblar. 

Bəhreyn xalqı Ali-Xəlifə rejiminin intiqam xarakterli məhdudiyyətlərinə rəğmən sökülmüş məscidlərin dağıntılarında namaz qılırlar. Bəhreyn xalqının bu qərarı namaz qılanlar və imam camaatların tez-tez çağırılmaları və həbs edilmələri ilə nəticələnir. 

2011-ci il fevral ayından bəri Bəhreyn Ali-Xəlifə rejiminə qarşı dinc aksiyaların şahididir. Bəhreyn xalqı ölkədə siyasi islahatların aparılması, ədalət və azadlığın təmin olunması, ayrı-seçkiliklərə son qoyulması və xalqın səsi ilə seçilmiş hökumətin yaradılmasını istəyir amma Ali-Xəlifə rejimi xalqa qarşı repressiyalar tətbiq edir. 

Teqlər