İsrail rejimi fələstinlilərin müqaviməti qarşısında geri çəkilməyə məcbur oldu
-
İsrail rejimi fələstinlilərin müqaviməti qarşısında geri çəkilməyə məcbur oldu
Fələstinlilərin müqaviməti və beynəlxalq təzyiqlər İsrail rejiminin sonda təslim olmasına və əl-Əqsa məscidinin girişlərinə quraşdırılan elektron detektorları yığışdırmasına səbəb olub.
İsrail rejimi Əl-Əqsa məscidinin qapılarına quraşdırılan elektron detektorları yığışdırmağa başlayıb. Fələstinlilərin və beynəlxalq etirazların artmasının ardınca İsrail rejimi dünən gecə Əl-Əqsa məscidinin qapılarına quraşdırılan elektron detektorların yığışdırılmasına başlayıb. BMT-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Nikolay Mladinov da BMT-nin Təhlükəsizlik Şrasının Əl-Əqsa məscidi ətrafında yaranmış böhranla bağlı bağlı qapılar arxasında təşkil etdiyi iclasın ardınca jurnalistlər qarşısında verdiyi açıqlamada deyib: Əgər Əl-Əqsa məscidi ətrafında yaranmış böhran gələn cümə gününə kimi həll edilməzsə, böhran qlobal xarakter almış olacaq.
Bura Beytülmüqəddəsdir. Fələstinlilər ciddi təhlükəsizlik tədbirlərinə rəğmən, Əl-Əqsa məscidinin ətrafında bir araya gələrək, məscidin azad edilməsi üçün dua edirlər. 10 gündür ki, Əl-Əqsa məscidinin girişlərinə elektron detektorların quraşdırılmasına etiraz olaraq namaz qılmaq üçün məscidə daxil olmaqdan imtina edən fələstinlilərin müqaviməti sonda öz bəhrəsini verdi və İsrail reimi öz qərarından geri addım ataraq dünən gecə elektron detektorları yığışdırıb. Fələstinlilərin bu qədər sürətli və iri miqyaslı müqaviməti ilə üzləşəcəyini təsəvvür etməyən İsrail rejimi etdiyinə peşman oldu və Əl-Əqsa məscidinin girişlərinə dəyişikliyin edilməsi planından geri çəkildi. Bu addım, BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası və beynəlxalq təzyiqlərin artmasının ardınca atıldı.
Nikolay Mladinov – BMT-nin Yaxın Şərq üzrə xüsusi məruzəçisi:
“Cümə gününə kimi böhran üçün həll yolu tapılmalıdır. Əgər, cümə gününə kimi həll edilməzsə, böhranın miqyası daha da artacaq. Heç kəs səhvə yol verməməli və baş verənlərin lokal xarakter daşıdığını düşünməməlidir. Hadisələr bir neçə yüz metrlik bir ərazidə cərəyan etsə də, bu böhranın səbəb olacağı faciə Qüdsün, hətta, İsrailin və hətta, Yaxın Şərqin sərhədlərini belə aşmağa qadirdir.”
İsrail rejiminin öz mövqeyindən geri çəkilməsinə baxmayaraq, Qüds İntifazəsi hələ də davam edir. Çünki, fələstinlilər bu geri çəkilmənin müvəqqəti xarakter daşıdığını və sionistlərin fürsət tapdıqda yenə də bu fitnəyə əl atacaqlarını yaxşı bilirlər.
Cəfər Ramini – Fələstinli yazıçı:
“Beytülmüqəddəs sionizm cərəyanında bir üzük qaşı hökmünə malikdir. Onlar hətta, bir fələstinlinin belə Beytülmüqəddəsdə olmasına qarşıdırlar. Son hadisələr sionistlərin fələstinlilərə qarşı uzun illər davam edən zülmünün nəticəsidir. Onlar daim Əl-Əqsa məscidinə hücum etməklə davamlı olaraq problem yaratmağa çalışırlar. Bu gün şahid oldqlarımız Əl-Əqsa məscidini birdəfəlik olaraq dağıtmaq üçün edilən son hücum idi.”
Fələstin Qırmızı Aypara Cəmiyyəti son olaylarda 5 fələstinlinin şəhid olduğu, mindən artıq insanın isə yaralandığını bildirib. Son yaşananlar Qüds İntifazəsinin bütün Fələstin ərazilərini bürüdüyünü və bütün fələstinliləri sionistlərə qarşı birləşdirdiyini bir daha gözlər önünə qoymuş oldu. Son 10 gündə baş verənlər müqavimətin İsrail qarşısında yeganə mübarizə yolu olduğunu da sübut etdi.