Sionist rejimin Məsciduləqsadakı təhlükəsizlik tədbirləri şiddətlənib
-
Sionist rejimin Məsciduləqsadakı təhlükəsizlik tədbirləri şiddətlənib
Sionist rejim Məsciduləqsanın "Babulisbat" məkanında çoxlu sayda hərbçisini yerləşdirərək, məscidə daxil olmaq niyyətində olan fələstinli namazqılanları təftiş edir.
Sionist rejimin baş naziri Benyamin Netanyahu dünən gecə göstəriş veribdir ki, işğal olunmuş Qüdsdəki sionist hərbçilər fələstinlilərin Məsciduləqsada cümə namazı qılmaları ilə bir zamanda hazır vəziyyətə gəlsinlər.
Əlaləm telekanalının sionist "Yediot Aharnot" qəzetinə istinadlı məlumatına görə, işğalçı rejim Səlahəddin küçəsində dəmir maneələr quraşdırmaq, Məsciduləqsa ətrafındakı küçələri bağlamaq və özünün bu məntəqədəki hərbçilərinin sayını artırmaqla qarşıdakı saatlarda fələstinlilərlə döyüşə hazırlaşır. Bu gün Məsciduləqsanın üç girəcəyi açıqdır və işğalçı hərbçilər digər girəcəkləri, o sıradan Babulhitə-ni bağlayıblar.
Sionist rejim bu gün əlli yaşından aşağı kişilərin bu müqəddəs məkana girişini də əngəlləyibdir.