Sionistlərin yeni cinayəti; bir fələstinli şəhid olub, 52 nəfər də yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i277856-sionistlərin_yeni_cinayəti_bir_fələstinli_şəhid_olub_52_nəfər_də_yaralanıb
Əlminar telekanalı bildirib ki, bu gün səhər tezdən bəri sionist rejim hərbçilərinin Qüds şəhərində və İordan çayının qərb sahilində fələstinlilərlə toqquşmaları nəticəsində bir fələstinli şəhid olub, 52 nəfər də yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 28, 2017 14:24 Asia/Baku
  • Sionistlərin yeni cinayəti; bir fələstinli şəhid olub, 52 nəfər də yaralanıb
    Sionistlərin yeni cinayəti; bir fələstinli şəhid olub, 52 nəfər də yaralanıb

Əlminar telekanalı bildirib ki, bu gün səhər tezdən bəri sionist rejim hərbçilərinin Qüds şəhərində və İordan çayının qərb sahilində fələstinlilərlə toqquşmaları nəticəsində bir fələstinli şəhid olub, 52 nəfər də yaralanıbdır.

Fələstinin Səma xəbər agentliyinin məlumatına görə, Fələstin Qırmızı Aypara Cəmiyyəti bir bəyanatda bildirib ki, bu cəmiyyətin yardım dəstələri bir qrup fələstinlini müalicə ediblər.

Sionist rejim hərbçilərinin dünən Məsciduləqsada fələstinli namazqılanlara qarşı hücumunda da azı 113 fələstinli yaralanmışdı.

İşğal olunmuş Fələstində gərginliklər iyulun on dördündən şiddətlənib. Buna səbəb, sionist hərbçilərin fələstinlilərlə toqquşması və Məsciduləqsanın qapılarını bağlamaları olubdur.