Avq 04, 2017 12:53 Asia/Baku
  • Dubayda Alov qülləsində yanğın
    Dubayda Alov qülləsində yanğın

Dubayın əl-Marina bölgəsində Əş-Şölə (alov) qülləsində yanğın baş verib.

Dubayın ən uca göydələnlərindən biri sayılan Alov qülləsində yanğın baş verib.

Dubayda məsul şəxslər bildiriblər ki, 79 mərtəbəli Əş-Şölə qülləsinin yarısında yanğın baş verməsi ilə, əksəriyyətini miqrantlar təşkil edən sakinləri təxliyə olunub və heç kimə xəsarət dəyməyib.

Bir zamanlar dünyanın ən uca göydələni sayılan Əş-Şölə qülləsində 2015-ci il fevral ayında da yanğın baş vermişdi. Yayımlanan kadrlara əsasən hələ də bəzi mərtəbələrdə yanğın davam edir və binanın yuxarı mərtəbələri tamamilə yanıb.

Dubay polisinin bildirdiyinə görə, yanğın 9-cu mərtəbədə başlayıb və hələlik səbəbləri aydın deyil. Bu qüllədə 682 mənzil vardır.

Teqlər