Pakistanda terror aktı
-
Pakistanda terror aktı
Pakistanın şərqində Pəncab vilayətinin mərkəzi olan Lahur şəhərində bomba partlayışı nəticəsində azı 22 nəfər yaralanıb.
Röytersin Lahurdan verdiyi məlumata görə, Pəncav vilayətinin sözçüsü Malik Məhəmməd Əhməd Xan deyib: Meyvə daşıyan yük maşınına quraşdırılmış bombanın partladılması nəticəsində azı 22 nəfər yaralanıb.
Lahurun polis rəisi Heydər Əşrəf də deyib: Yük maşını partlayıcı maddələrlə dolu olub və terror aktı üçün nəzərdə tutulmuş vaxtdan öncə partladığına görə geniş insan tələfatına səbəb olmayıb.
Heydər Əşrəf deyib: Əgər partlayış Lahurun izdihamlı bölgələrinə baş versəydi böyük faciənin şahidi olacaqdıq.
İyulda Pakistan talibləri vasitəsi ilə bir komikadze Lahurda terror aktı törətdi. Həmin hadisədə polis qüvvələri də daxil 25 nəfər öldü.