Avq 08, 2017 08:31 Asia/Baku
  • Livan ordusu İŞİD-ə qarşı əməliyyat keçirib
    Livan ordusu İŞİD-ə qarşı əməliyyat keçirib

Ərsal sərhəd bölgəsinin terrorçu Cəbhətünnüsrə qrupunun işğalından azad edilməsindən sonra Livan ordusu qüvvələri "Rəs Bəəlbək sərhəd bölgəsində terrorçu qrupların mövqelərini hədəfə alıblar.

İRNA-nın Livan ordusunun bəyanatına istinadən verdiyi məlumata görə, Livan ordusu qüvvələri dünən ölkənin şimal şərqində Rəs Bəəlbək sərhəd bölgəsində təkfirçi terrorçu İŞİD qrupunun mövqelərinə artileriya hücumuna keçib, nəticədə terrorçular ağır tələfata və ziyanlara məruz qalıblar. 

Bu əməliyyat Livanın İŞİD-ə qarşı geniş hücumu üçün başlanğıc adlandırılıb. 

Eyni zamanda İŞİD-in mövqelərindən Livanın qərbində Əlqa qəsəbəsinin  7 raketlə hədəfə alınması barədə məlumatlar yayılıb. Bu hücumlarda xəsarət alan olmayıb. Rəs Bəəlbək və Əlqa hündurlükləri 3 ildir İŞİD-in işğalı altındadır. 

Son günlərdə Livan Hizbullahının döyüşçülərinin dəstəyi ilə Ərsal hündurluklərinin təkfirçi terrorçu Cəbhətünnüsrə qrupundan təmizlənməsindən sonra livanlılar İŞİD-in işğal etdiyi əraziləri də azad etmək istəyirlər. 

Teqlər