Avq 12, 2017 09:45 Asia/Baku
  • Kürdüstan qüvvələri azadlıqları repressiya etməkdə suçlandı
    Kürdüstan qüvvələri azadlıqları repressiya etməkdə suçlandı

İraqda Türkmənlər Cəbhəsi Kürdüstan bölgəsinə bağlı silahlı qüvvələri Kərkükdə ictimai azadlıqları repressiya etməkdə suçlayıb.

Əl-Hədəs televiziyasının məlumatına görə, İraq Türkmənlər Cəbhəsi bildirib: Kürd silahlıları Kərkük vilayətində referendumun keçirilməsinə qarşı quraşdırılan plakatları dağıdıblar. 

Bu cəbhə kürd silahlılarının bu hərəkətini ifadə azadlığının pozulması adlandırıb və bildirib: Kürdüstan bölgəsində gələn ay referendumun keçirilməsinə qarşı olan tabloların kürd silahlıları tərəfindən dağıdılması sivilizasiyadan uzaq davranış, söz və ifadə azadlığına təcavüz və Kərkükdə hərc-mərcliyin olduğunu göstərir. 

Bu cəbhə İraqın parçalanmasına və ictimai demokratiya hüququna təcavüzə qarşı olduğunu bildirib. 

Türkmənlər Cəbhəsi İraq türkmnlərinin əsas nümayəndəsidir və bu ölkə parlamentində üç nümayəndə ilə təmsil olunur. Ümumilikdə 328 deputatı olan İraq parlamentində türkmənlərin 9 deputatı vardır. 

Teqlər