İraq ordusu Tələfəri tam azad etməyə hazırdır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i279626-İraq_ordusu_tələfəri_tam_azad_etməyə_hazırdır
İraq ordusunun baş qərargah rəisi deyib: İraqın təhlükəsizlik qüvvələri Neynəva vilayətinin tələfər şəhərini azad etmək üçün tam hazırlığa malikdir və silahlı qüvvələrin baş komandanının əmrini gözləyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 13, 2017 12:48 Asia/Baku
  • İraq ordusu Tələfəri tam azad etməyə hazırdır
    İraq ordusu Tələfəri tam azad etməyə hazırdır

İraq ordusunun baş qərargah rəisi deyib: İraqın təhlükəsizlik qüvvələri Neynəva vilayətinin tələfər şəhərini azad etmək üçün tam hazırlığa malikdir və silahlı qüvvələrin baş komandanının əmrini gözləyir.

İraq ordusunun baş qərargah rəisi Osman Əl-Ğanimi bu gün Rusiya Əl-Yəum telekanalına verdiyi müsahibədə Tələfər əməliyyatının başlanması üçün bütün planların təkmilləşdiyini bildirib və deyib: İraqlı qüvvələr Tələfər şəhərinin azad edilməsi əməliyyatından sonra İraq-Suriya sərhədlərinə nəzarəti təmin etməyə çalışacaqlar. 

Tələfər Neynəva vilayətində İŞİD terrorçularının işğalına olan son bölgədir və məlumatlara görə, bu terrorçu qrupun ünsürləri şimaldakı Əl-İyazə keçidi istisna olmaqla bütün cəhətlərdən mühasirəyə alınıblar. Deyilənlərə görə Tələfərdəki İŞİD ünsürlərinin hamısı bu terror qrupunun başçıları və onların ailələridir. 

Neynəva vilayətinin mərkəzi Mosulun İŞİD-in işğalından tam azad edilməsindən sonra iraqlı qüvvələr Tələfər şəhərinin azad edilməsi əməliyyatının əmrini gözləyirlər.