Avq 15, 2017 09:50 Asia/Baku
  • Tələfərin azad edilməsi əməliyyatı başlandı
    Tələfərin azad edilməsi əməliyyatı başlandı

İraq Müdafiə Nazirliyinin sözçüsü bu gün səhər Neynəva vilayətində Tələfər şəhərinin azad edilməsi əməliyyatının başlanmasından xəbər verib.

İRNA-nın məlumatına görə, İraqın Müdafiə Nazirliyinin sözçüsü Məhəmməd əl-Xizri Rusiya əl-Youm televiziyası ilə müsahibədə bildirib: Bu ölkə ordusu hərbi qüvvələri Tələfər şəhərində İŞİD-in mövqelərinə hücum edərək şəhərin azad edilməsi əməliyyatına başlayıb. 

Əl-Xizri həmçinin deyib: İraqın müştərək qüvvələri İŞİD mövqelərinə hava hücumlarının sona çatmasını gözləyir. Belə ki, quru hücuma başlasın. 

İraq Müdafiə Nazirliyinin sözçüsü Tələfərdə əməliyyatın başlanması ilə eyni vaxtda ölkənin hərbi qüvvələrinin Kərkük vilayətində Hüveycə rayonunun azad olunmasına hazır olduğunu bildirib və deyib: İraq qüvvələri Hüveycənin azad olunması əməliyyatına başlamaq üçün öz mövqeyində gözləməkdədir. 

Teqlər