Sənada "ABŞ Yəmən xalqını qırır" kampaniyası
-
Sənada "ABŞ Yəmən xalqını qırır" kampaniyası
Yəmənin inqilab şurası Yəmən xalqının əsas düşməni və bu ölkə uşaqlarının əsas qatilini təqdim etmək istiqamətindəki fəaliyyətlərinin davamında "Amerika Yəmən xalqını qırır" kampaniyasının növbəti mərhələsinə start verib.
Bu kampaniya Səna küçələrində bir neçə heykəlin quraşdırılması ilə başlanıb. Bu heykəllər Yəmən müharibəsinin reallıqlarını özündə əks etdirir. Yəmən vətəndaşlarından biri deyir: Amerika böyük şeytandır, Amerika olmasaydı Səudiyyə heç idi. Əslində Amerika öz dəstəyi ilə Səudiyyə rejiminə güc və cəsarət verir. Amerika Yəmən xalqının ən böyük düşmənidir.
Kampaniyanın yeni mərhələsində Sənada iki azadlıq heykəli quraşdırılıb. Bu heykəllər əllərində bomba tutublar və dişlərindən qan axır. Bu heykəllər amerikalıların Yəməndəki vəhşiliklərinin simvoludur.
Yəmənli jurnalist Yəhya Əşşami deyib: Bu kimi tədbirlər ona görə əhəmiyyətlidir ki, Yəmən xalqı hər gün reallıqları daha yaxşı dərk edir və xalq Amerikanın onun birinci dərəcəli düşməni olduğunu yaxşı başa düşür.