Yəmən xalqı ABŞ-ın Ali-Səuda dəstəyini pisləyib
-
Yəmən xalqı ABŞ-ın Ali-Səuda dəstəyini pisləyib
Yəmən xalqı Sədə şəhərində aksiya keçirərək Səudiyyə Ərəbistanının Yəmənə qarşı müharibəsində ABŞ-ın Ali-Səuda dəstək verməsini pisləyib.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, on minlərlə yəmənli Sədə şəhərində keçirilən aksiyada Səudiyyə Ərəbistanının Yəmənə qarşı müharibəsinin dayandırılması və Amerikanın bu müharibəyə dəstəyinə son qoyulmasını istəyib.
Aksiyaçılar Amerika və Səudiyyə Ərəbistanı mallarının boykot edilməsinə çağırıblar.
Aksiyada çıxış edənlərdən biri deyib: Yəmənə qarşı iqtisadi müharibədə düşmənə kömək etməmək və şəhidlərin qanına, onların fədakarlığına hörmət etmək üçün, Ənsarullah hərəkatının baş katibi Əbdül-Məlik Bədrəddinin çağırışına müsbət cava verərək Amerika və İsrail mallarının idxalatına qarşı olduğumuzu bildiririk. Fələstinlilər və müsəlman alimlərin çağırışlarına əsasən bu gündən etibarən Amerika və İsrail mallarının boykot edilməsini, dini, milli və əxlaqi vacib elan edirik. Kimsə bu malların idxalına israr edərsə xəyanətkardır və xalqın çəkindirici mövqeyi ilə qarşılaşacaq.