Qüdsdə fələstinlilərin evləri dağıdılır
Beynəlxalq Qüds Fondu bildirib:Cari ilin əvvəlindən iyulun sonunadək sionist rejim işğal olunmuş Qüdsün ətraf qəsəbə və kəndlərində fələstinlilərə aid 105 mənzil və ticarət obyektini dağıdıb.
Fələstin informasiya mərkəzinin bu gün verdiyi məlumata görə, cari miladi ilinin əvvəlindən iyul ayının sonunadək İsrail ordusu fələstinlilərin mənzillərinin dağıdılacağı barədə 2 min 14 xəbərdarlıq elanı da verib və 7 fələstinlini öz mənzillərini uçurtmağa məcbur edib.
Sionist qəsəbə sakinləri də bu müddət ərzində fələstinlilərin 6 mağazasını qəsb ediblər.
Eyni zamanda sionist rejimin xəritə və abadlıq regional komitəsi işğal olunmuş Qüdsün cənubunda bir sionist sakinli qəsəbədə sionistlər üçün yeni yaşayış binalarının inşası layihəsi ilə razılaşıb. Bu layihə çərçivəsində sionistlərə onlarla yaşayış binası və ticarət obyekti inşa edilir.
Cari miladi ilinin əvvəlindən bəri sionist rejim İordan çayının qərb sahili və Beytül-Müqəddəsdə qəsəbə inşasını sürətləndirib. Bu inşaat əməliyyatında məqsəd fələstinlilərin torpaqlarını müsadirə etmək onları öz ev-eşiklərindən köçürtməkdən ibarətdir.