Avq 23, 2017 19:00 Asia/Baku
  • İbrahim Əlcəfəri
    İbrahim Əlcəfəri

İraqın xarici işlər naziri İbrahim Əlcəfəri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib: İraqlı qüvvələrin Mosul da daxil olmaqla əldə etdiyi qələbələrə əsasən, Türkiyə qüvvələrinin Bəəşiqə məntəqəsindən geri çəkilmələrinin vaxtı gəlib çatıbdır.

İraqın xarici işlər naziri əlavə edib: İraqlı qüvvələrin əldə etdikləri qələbələrdən sonra biz Türkiyə qüvvələrinin Bəəşiqə məntəqəsindən geri çəkilmələri vacibliyini vurğuladıq ki, onların bu məntəqədəki iştiraklarından təqribən iki il keçir. Biz iqtisadi fürsətlərin yaradılması, bərpa proqramının fəallaşdırılması və dağıntıların, xüsusən İŞİD-in çoxlu dağıntılar törətdiyi şəhərlərin bərpası və abad edilməsi, eləcə də bərpa işlərinin böyük imkanlar, səylər və pul tələb etməsi haqda müzakirə etdik və Türkiyədən istədik ki, digər ölkələrlə yanaşı, bu şəhərlərin bərpasına yardım və İraq iqtisadiyyatını himayə etsin.

Teqlər