Yəməndə onlarla səud hərbçisi və muzduru ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i280580-yəməndə_onlarla_səud_hərbçisi_və_muzduru_ölüb_və_yaralanıb
Ərəbistanın yəmənli qüvvələrlə sərhəd döyüşlərində öz qüvvələrindən beş hərbçinin öldüyünü etiraf etməsilə bir vaxtda bir qrup səud muzduru Yəmənin şimal-şərqində bu ölkənin ordusu və xalq komitələrinin əməliyyatında öldürülübdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 23, 2017 15:49 Asia/Baku
  • Yəməndə onlarla səud hərbçisi və muzduru ölüb və yaralanıb
    Yəməndə onlarla səud hərbçisi və muzduru ölüb və yaralanıb

Ərəbistanın yəmənli qüvvələrlə sərhəd döyüşlərində öz qüvvələrindən beş hərbçinin öldüyünü etiraf etməsilə bir vaxtda bir qrup səud muzduru Yəmənin şimal-şərqində bu ölkənin ordusu və xalq komitələrinin əməliyyatında öldürülübdür.

Əlaləm telekanalının məlumatına görə, Əlcuf vilayətinin Əlməslub rayonunda yerləşən Əlhaycə məntəqəsində keçirilən əməliyyatda səud muzdurlarının müəyyən miqdarda ağır texnikası və zirehli avtomobili məhv edilib. Midi səhrasının şimalında da yəmənli qüvvələr iki dəfə təcavüzkarların və onların muzdurlarının irəliləmək üzrə cəhdlərini uğursuz qoyub və muzdurların Təiz vilayətinin Yəxtəl məntəqəsinin şimalında yerləşən mövqelərini hədəfə alıblar ki, nəticədə onlarla nəfər ölüb və yaralanıbdır. Ərəbistanın Cizan vilayətində də yəmənli snayperlər Əldəxan məntəqəsində bir səud hərbçisini məhv ediblər.