İraq qüvvələri Tələfər şəhərinə nəzarəti ələ keçirdi
-
İraq qüvvələri Tələfər şəhərinə nəzarəti ələ keçirdi
İraqın Kütləvi İnformasiya Vasitələri bildiriblər: İraqın şimalında Neynəva vilayətinin qərbində Tələfər şəhəri İŞİD terrorçularının nəzarətindən çıxarılıb və tam şəkildə İraq qüvvələrinin nəzarətindədir.
İRİB-in məlumatına görə, İraqın Müharibə Təbliğatı Qərargahı şənbə günü bildirib: Tələfər şəhəri Xalq Səfərbər Qüvvələri, Terrorizmlə Mübarizə Təşkilatı, İraq ordusu, Federal Polis, həmçinin dini mərcəiyyətin fitvası sayəsində İraq qüvvələrinin nəzarətinə keçdi.
Bundan öncə Tələfərdə İraqın Müştərək Əməliyyat komandanı Əbdüləmir Rəşid Yarəllah bildirib: İraqın müştərək qüvvələri bu şəhərin 90%-ni İŞİD-in işğalından azad ediblər.
Tələfərdə İraqın Müştərək Əməliyyat komandanı əlavə edib: Tələfər şəhərinin azad olunması əməliyyatında federal polis və Həşdüş-Şəəbi qüvvələrinin tapşırığı sona çatıb.
Bu arada İraq baş naziri və silahlı qüvvələr ali baş komandanı Heydər əl-İbadi Tələfər şəhərinə səfər edib. Əl-İbadi Tələfər şəhərinin İŞİD terror qruplaşmasının işğalından azad olunmasını gələn saatlarda elan edəcək.
Neynəva vilayətinin qərbində Tələfər şəhərinin İŞİD terrorçularının işğalından azad olunması əməliyyatı 20 avqustda başlanıb.