Təl-Əfər azad olunmaq ərəfəsində
https://azeri.sahartv.ir/news/qərbi_asia-i280844-təl_Əfər_azad_olunmaq_ərəfəsində
İraqlı mənbələr dünən gecə Təl-Əfər strateji məntəqəsinin yaxın günlərdə İŞİD-in işğalından azad ediləcəyindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2017 04:01 Asia/Baku
  • Təl-Əfər azad olunmaq ərəfəsində
    Təl-Əfər azad olunmaq ərəfəsində

İraqlı mənbələr dünən gecə Təl-Əfər strateji məntəqəsinin yaxın günlərdə İŞİD-in işğalından azad ediləcəyindən xəbər veriblər.

Əlaləm telekanalı xəbər verib ki, Təl-Əfər şəhərinin 29 məhəlləsindən 27-nin azad edilməsilə bu məntəqə İŞİD ünsürlərindən təmizlənmə ərəfəsindədir.

Belə bir halda, Əlməyadin telekanalının məlumatına görə, İraq müdafiə nazirliyinin rəsmiləri bildiriblər ki, bu ölkənin baş naziri Heydər Əlibadi tezliklə Təl-Əfər şəhərinin tam şəkildə azad edildiyini elan edəcək.