Yəməndə vəba tələfata səbəb olmaqda davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i280848-yəməndə_vəba_tələfata_səbəb_olmaqda_davam_edir
Ümumdünya Səhiyyə Təşkilatı bu gün bildirib ki, aprel ayında Yəməndə vəbanın yayılmağa başlanmasından bəri 2018 yəmənli həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2017 04:15 Asia/Baku
  • Yəməndə vəba tələfata səbəb olmaqda davam edir
    Yəməndə vəba tələfata səbəb olmaqda davam edir

Ümumdünya Səhiyyə Təşkilatı bu gün bildirib ki, aprel ayında Yəməndə vəbanın yayılmağa başlanmasından bəri 2018 yəmənli həlak olub.

Ümumdünya Səhiyyə Təşkilatı qeyd edib ki, dünən şənbə gününədək həmçinin 565 min 41 yəmənli bu ölkənin müxtəlif məntəqələrində vəba virusuna yoluxubdur.

Ərəbistanın Yəmənə qarşı hücumlarının və bu ölkənin infrastruktur təsisatlarını, xüsusən su şəbəkəsini dağıtmasının  davam etməsilə vəba xəstəliyi Yəməndə sürətlə yayılmaqdadır.

Ərəbistanın Yəmənə qarşı hərbi təcavüzü indiyədək 12 mindən çox yəmənlinin həlak olması, on minlərlə nəfərin yaralanması və milyonlarla yəmənlinin didərgin düşməsilə nəticələnibdir.