Tələfər tam şəkildə azad edilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i280900-tələfər_tam_şəkildə_azad_edilib
İraqın Qadimun əməliyyatının komandanı Neynəva vilayətində yerləşən Təl-Əfər şəhərinin bütün məntəqələrinin tam şəkildə İŞİD-in işğalından çıxarılmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 27, 2017 13:08 Asia/Baku
  • Tələfər tam şəkildə azad edilib
    Tələfər tam şəkildə azad edilib

İraqın Qadimun əməliyyatının komandanı Neynəva vilayətində yerləşən Təl-Əfər şəhərinin bütün məntəqələrinin tam şəkildə İŞİD-in işğalından çıxarılmasından xəbər verib.

İraqın Qadimun əməliyyatının komandanı Əbdulamir Rəşid Yarəllah deyib: İraqın ordusu və həşduşşəbi qüvələri bu gün səhər Təl-Əfərdəki "Həyələskəri" və "Əlsənaə Əlşumaliyyə" məntəqələrini İŞİD terrorçularının işğalından azad edərək, bütün şəhəri ələ ala biliblər. Beləliklə Təl-Əfər şəhərinin bütün 29 məntəqəsi İŞİD terrorçularının işğalından azad edilib.

İraqın Müdafiə Nazirliyi də bildirib ki, bu ölkənin silahlı qüvvələri Təl-Əfər şəhərinin bütün məntəqələrini öz nəzarətlərinə alıblar. Belə bir halda, Livanın Əlməyadin telekanalı İraqın Müdafiə Nazirliyinin Təl-Əfər şəhərinin tam şəkildə azad edildiyini bildirməsindən sonra bu şəhərin içərisindən təsvirlər yayıbdır. İraqlı qüvvələr bu qələbəyə görə, Təl-Əfər şəhərinin mərkəzində şənlik edirlər.