Avq 28, 2017 12:06 Asia/Baku
  • Suriya ordusu terrorçulara qarşı irəliləməkdədir
    Suriya ordusu terrorçulara qarşı irəliləməkdədir

Suriya ordusu Dəməşqin rif vilayətinin cənub şərqində digər bölgələri terrorçuların işğalından azad edib.

İRNA-nın verdiyi məlumata görə, Suriyada əməliyyat mənbələri dünən bildiriblər ki, Suriya ordusu rif Dəməşq vilayətinin cənub şərqində Rövzəl-Şeyx, Vadi Əddərifə, Rövzəl-Səlibiyyə və 164 saylı bufer nöqtəsini terrorçuların işğalından azad ediblər. 

Bu əməliyyatda Suriyanın İordaniya ilə həmsərhəd bölgəsində 200 kvadrat kilometr ərazi terrorçulardan təmizlənib. 

Suriya ordusu İordaniya ilə həmsərhəd ərazidə yerləşən Qədir Mahmud və Vadi Mahmud bölgələrini də terrorçuların işğalından azad ediblər. 

Vadi Mahmud bölgəsi Suriya-İordaniya sərhəd keçid məntəqələrindən biridir ki, onun vasitəsi ilə terrorçulara silah-sursat göndərilirdi. 

Suriya böhranı 2011-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və onun müttəfiqlərinin dəstəyi altında olan terrorçuların regionda balansın sionist rejimin xeyirinə dəyişməsi məqsədi ilə həyata keçirdikləri hücumdan sonra başlandı. 

Suriya qüvvələri müqavimət məhvəri qüvvələrinin yardımı ilə son aylarda terrorçulara ağır zərbələr endiriblər. 

Teqlər