Ərəbistanın cənubuna 27 ədəd katyuşa raketi atılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i281044-Ərəbistanın_cənubuna_27_ədəd_katyuşa_raketi_atılıb
Yəmən ordusu və xalq komitələrinin raket və artilleriya bölməsi Ərəbistanın cənubuna 27 ədəd katyuşa raketinin atılmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 29, 2017 06:57 Asia/Baku
  • Ərəbistanın cənubuna 27 ədəd katyuşa raketi atılıb
    Ərəbistanın cənubuna 27 ədəd katyuşa raketi atılıb

Yəmən ordusu və xalq komitələrinin raket və artilleriya bölməsi Ərəbistanın cənubuna 27 ədəd katyuşa raketinin atılmasından xəbər verib.

İRNA-nın məlumatına görə, Yəmən ordusu və xalq komitələrinin raket və artilleriya bölməsi bazar ertəsi günü axşam bildirib ki, yəmənli qüvvələr Ərəbistanın cinayətlərinə cavab olaraq, Nəcran vilayətində səudiyyəlilərin toplaşdıqları məkanlara raket zərbələri endirilib. 

Digər tərəfdən yəmənli qüvvələr Həccə vilayətində Midi səhrasının bütün hissəsinə nəzarəti təmin edərək, bu əraziləri Ərəbistan muzdlularının işğalından azad ediblər. 

Yəmənli qüvvələr həmçinin, Əl-Qaidə və Ali-Səud muzdlularının Bəyza vilayətindəki Zahir məntəqəsindəki mövqelərinə hücum edərək, onlara ağır zərər və ziyanlar yetiriblər. 

Bir yəmənli hərbi mənbənin verdiyi məlumata görə, ordu və xalq qüvvələri bu əməliyyat zamanı Zahir məntəqəsində bir neçə ərazini təmizləməyə 20 muzdlunu öldürməyə nail olublar.