Sionist rejim Beytül-Müqəddəsdə 4 min mənzil inşa edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i281621-sionist_rejim_beytül_müqəddəsdə_4_min_mənzil_inşa_edir
Beynəlxalq qanunların sionist rejim tərəfindən ayaq altına alınması prossesinin davamında bu rejimin inşaat və layihələşdirmə şurası Beytül-Müqəddəsdə minlərlə mənzilin inşa edilməsi ilə razılaşıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2017 05:05 Asia/Baku
  • Sionist rejim Beytül-Müqəddəsdə 4 min mənzil inşa edir

Beynəlxalq qanunların sionist rejim tərəfindən ayaq altına alınması prossesinin davamında bu rejimin inşaat və layihələşdirmə şurası Beytül-Müqəddəsdə minlərlə mənzilin inşa edilməsi ilə razılaşıb.

Rəsa xəbər agentliyinin verdiyi məlumata görə, sionist Haarets yazıb ki, sionist rejimin inşaat və layihələşdirmə şurası Beytül-Müqəddəsdə minlərlə mənzilin inşası üçün 600 hektar torpaq nəzərdə tutub. 

Təbiətə dəstək cəmiyyəti və ətraf mühiti mühafizə qrupları sionist rejimin qəsəbə inşası əməliyyatlarının təbiətə və bulaqlara ziyan yetirdiyinə görə yeni mənzillərin inşasının əleyhinədirlər. 

BMT TŞ 2016-cı il dekabrın 23-də qəbul etdiyi qətnamədə sionist rejimdən işğal olunmuş Fələstin ərazilərində sionist qəsəbə inşasını dayandırması istənilmişdir amma sionist başçılar son aylar ərzində işğal olunmuş ərazilərdə sionist qəsəbələrin genişləndirilməsini artırıblar.