Sionist rejimin fələstinliləri köçürmək üzrə planı ifşa olunub
Sen 08, 2017 16:25 Asia/Baku
Sionist mənbələr sionist rejimin fələstinliləri qonşu ərəb ölkələrinə köçürmək və qərb sahilində daha çox yəhudini məskunlaşdırmaq üzrə planını ifşa ediblər.
Knesset-in və sionist rejimin milli birlik partiyasının üzvü Yatesel Simotetiş belə ifşa edib: Bu partiya bir plan təqdim edəcəkdir ki, ona əsasən fələstinlilər qonşu ərəb ölkələrinə köçürüləcək və əvəzində qərb sahilində daha çox yəhudi məskunlaşdırılacaq.
Knesset-in bu üzvünün sözlərinə görə, Fələstin dövlətinin təşkili imkanını aradan götürən sionist rejimin milli birlik partiyasının planı Fələstin muxtariyyətinin buraxılması və İsrail rejimi hakimiyyətinin bütün qərb sahilinə tətbiq olunmasına şamil olur.
Teqlər