Sionist rejimin dəhşətli Səbra və Şətila cinayətlərindən 35 il ötür
Bu gün 16 sentyabr Livanda Səbra və Şətila fələstinli didərginlərin düşərgələrində 1982-ci ildə dəhşətli cinayətin törədilməsindən 35 il ötür. Bu hadisədə çoxlu sayda günahsız uşaq, qadın və kişi qətlə yetirildi.
Fələstin İnformasiya Agentliyinin məlumatına görə, sionist rejim ordusu o vaxtkı müharibə naziri Ariel Şaronun başçılığı ilə Səbra və Şətila fələstinli düşərgələrini mühasirəyə aldı və 3500-5000 fələstinlini şəhid etdi.
Bu cinayətdə məqsəd fələstinlilər arasında qorxu və dəhşət yaratmaq, onları Livanı tərk etməyə məcbur etmək, daxili iğtişaş yaratmaq, eləcə də Fələstin başçılarına qarşı fələstinliləri təhrik etmək üçün idi, lakin heç vaxt gerçəkləşmədi.
Səbra və Şətila cinayətlərindən sonra 1983-cü ildə xüsusi araşdırma komitəsi sionist rejimin müharibə naziri Ariel Şaronu bu cinayətin məsulu elan etdi.
Səbra və Şətila cinayəti sionist rejimin Fələstin xalqına qarşı ilk cinayəti deyildi və son cinayəti də olmayacaq. Belə ki, bu cinayətdən öncə Deyr-Yasin kimi cinayətlər törədildi və ondan sonra da Cenin, Qəzzə və digər cinayətlər baş verdi.
Səbra və Şətilada dəhşətli cinayətin törədilməsi və bütün dünyanın onun şahidi olmasına baxmayaraq, bu cinayəti törədənlər azaddırlar və başqa formada Fələstin xalqına qarşı cinayət törədirlər.