Kürd muxtariyyəti: Referendum qərara alınan zamanda keçiriləcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i282729-kürd_muxtariyyəti_referendum_qərara_alınan_zamanda_keçiriləcək
İraqın kürd muxtariyyətinin referendum üzrə ali heyəti bildirib: Bu muxtariyyətin İraqdan ayrılması üzrə referendum təyin olunan zamanda, 25 sentyabrda keçiriləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 18, 2017 06:18 Asia/Baku
  • Kürd muxtariyyəti: Referendum qərara alınan zamanda keçiriləcək
    Kürd muxtariyyəti: Referendum qərara alınan zamanda keçiriləcək

İraqın kürd muxtariyyətinin referendum üzrə ali heyəti bildirib: Bu muxtariyyətin İraqdan ayrılması üzrə referendum təyin olunan zamanda, 25 sentyabrda keçiriləcək.

İRİB-in məlumatına görə, İraq kürd muxtariyyətinin referendum üzrə ali heyəti bildirib: Muxtariyyətin İraqdan ayrılması üzrə referendum heç bir dəyişiklik olmadan təyin olunan zamanda keçiriləcək və bu qərar bu heyət üzvləri və Məsud Barzaninin iştirak etdiyi iclasda verilmişdir. 

İraq kürd muxtariyyətinin yerli parlamenti ötən cümə günü bu muxtariyyətin İraqdan ayrılması üzrə referendumun 25 sentyabrda keçirilməsini qəbul edib.

İraq Kürdüstanının referendumun keçirilməsinə israr etməsi İraq dövləti, müxtəlif İraq qrupları və region ölkələrinin ciddi reaksiyası ilə üzləşib.