Sen 19, 2017 19:05 Asia/Baku
  • Əl-İbadi: Yeni qələbə qarşıdadır
    Əl-İbadi: Yeni qələbə qarşıdadır

İraq baş naziri əl-Anbar vilayətinin qərb bölgələrinin İŞİD terror qruplaşmasından azad olunması əməliyyatının başlandığını elan edib və deyib: Yeni qələbə qarşıdadır.

Fars Xəbər Agentliyinin məlumatına görə, İraq baş naziri Heydər əl-İbadi çərşənbə axşamı günü İraq ərazisinin terrorçuların işğalından tam azad olunmasına qədər əməliyyatların davam edəcəyini bildirib və deyib: Bir daha başqa bir qələbənin əldə olunması qərara alınıb və İŞİD terrorçularını ölümdən başqa heç nə gözləmir.

Əl-İbadi əlavə edib: İraqın əraziləri qarış-qarış təcavüzkarlardan təmizlənəcək.

Teqlər