Hizbullahın qələbələri; İsrailin planlarının uğursuzluq amili
https://azeri.sahartv.ir/news/qərbi_asia-i282921-hizbullahın_qələbələri_İsrailin_planlarının_uğursuzluq_amili
Livan Hizbullahı baş katibinin müavini deyib: Livan Hizbullahının son qələbələri İsrailin Livan və regionun gələcəyi ilə bağlı planlarını alt-üst edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 20, 2017 05:43 Asia/Baku
  • Hizbullahın qələbələri; İsrailin planlarının uğursuzluq amili
    Hizbullahın qələbələri; İsrailin planlarının uğursuzluq amili

Livan Hizbullahı baş katibinin müavini deyib: Livan Hizbullahının son qələbələri İsrailin Livan və regionun gələcəyi ilə bağlı planlarını alt-üst edib.

Şeyx Nəim Qasım çərşənbə axşamı Beyrutda bir mərasimdə deyib: Hizbullah iki böyük düşmən ilə; 2006-cı ildə İsrail və son illərdə terrorçu qruplaşmalar ilə savaşıb və hər iki savaşdan qalib olaraq ayrılıb. 

Şeyx Qasım əlavə edib: İsrail terrorçuları təşkilatlandırdı və ondan öz məqsədləri üçün istifadə edərək, regionu məhv etmək və özünü inkişaf etdirmək planını həyata keçirmək üçün terrorçulardan faydalandı. Amma, Hizbullah bu iki düşmən qarşısında qələbə çalaraq, Livan və regionun gələcəyini dəyişdi.