Sionist rejim Suriyanın cənubunda təcavüzlərini gücləndirir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i422952-sionist_rejim_suriyanın_cənubunda_təcavüzlərini_gücləndirir
Sionist rejim son 24 saat ərzində Suriyanın cənubunda ən azı 7 dəfə əraziyə müdaxilə edib.
(last modified 2026-06-21T13:45:52+00:00 )
İyun 21, 2026 17:42 Asia/Baku
  • Sionist rejim Suriyanın cənubunda təcavüzlərini gücləndirir

Sionist rejim son 24 saat ərzində Suriyanın cənubunda ən azı 7 dəfə əraziyə müdaxilə edib.

Suriyadakı yerli mənbələr işğalçı sionist rejimin hərbi bölməsinin Suriyanın suverenliyini pozduğunu və Dəranın qərbindəki "Yərmuk hövzəsi" ərazisinə daxil olduğunu bildiriblər.

Suriya mənbələri həmçinin, sionist rejimin son 24 saat ərzində Suriyanın cənubunda bu ölkənin ərazi bütövlüyünü ən azı 7 dəfə pozduğunu və bunlardan 5-nin Suriya ərazisinin dərinliklərinə nüfuz etmə əməliyyatları ilə bağlı olduğunu bildiriblər.