Sen 23, 2017 17:54 Asia/Baku
  • İraq Kürdüstanından Bağdada bir heyət gəlib
    İraq Kürdüstanından Bağdada bir heyət gəlib

İraqın kürd başçılarından olan Huşyar Zibari bildirib ki, İraq Kürdüstanı məntəqəsindən olan bir heyət bu məntəqədə referendumun keçirilməsi ərəfəsində mərkəzi dövlət ilə müzakirə etmək üçün bu gün Bağdada daxil olub.

İraq Kürdüstanı məntəqəsinin başçısı Məsud Barizaninin baş müşaviri olan Huşyar Zibari Röyters ilə müsahibədə deyib ki, kürd heyət referendum barədə müzakirə edəcək, amma referendum proqramı öz qüvvəsində qalmaqda davam edir.

Zibari əlavə edib: İraq Kürdüstanı məntəqəsi bundan öncə bildiribdir ki, referendumdan öncə, eləcə də referendum keçirilərkən və onun keçirilməsindən sonra Bağdad ilə müzakirə aparacaqdır.

İraq Kürdüstanı məntəqəsinin demokrat partiyasından olan Rojnuri Şavisin başçılıq etdiyi, eləcə də bu məntəqənin vətənpərvərlər birliyindən Səədi Pire və İraq Kürdüstanı məntəqəsi başçısının ofis rəisi Fuad Husəynin üzv olduqları bir heyət Bağdada səfər edibdir.

İraqın şimal məntəqələri sakinlərinin bu ölkənin Kürdüstan məntəqəsinin ayrılmasına dair referendumun keçirilməsinə qarşı geniş etirazlarına rəğmən, bu məntəqənin başçısı Məsud Barizani bir daha bu referendumun sentyabrın 25-də keçirilməsini vurğulayıb.

İraq dövləti dəfələrlə Məsud Barizaniyə xəbərdarlıq edibdir ki, bu ölkənin Kürdüstan məntəqəsində ayrılma mövzusunda referendumun keçirilməsi qanunsuzdur və həmişəlik olaraq ləğv olunmalıdır.

Teqlər