Koalisiya qırıcıları Suriyanın Əl-Məyadin şəhərini bombalayıblar
Sen 26, 2017 16:53 Asia/Baku
-
Koalisiya qırıcıları Suriyanın Əl-Məyadin şəhərini bombalayıblar
Amerikan koalisiya hərbi təyyarələrinin Suriyanın şərqində yerləşən Əl-Məyadin şəhərinə qarşı hücumunda bir neçə suriyalı mülki həlak olub və yaralanıb.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, bu gün amerikan koalisiyanın Əl-Məyadin şəhərinə hücumunda iki mülki ölüb 7 nəfər də yaralanıb.
Cari milad ili 14 sentyabrda da amerikan koalisiyanın hava hücumlarında Riqqə və Deyrəzzur şəhərlərində 20 mülki öldürülmüşdü.
Suriya müxalifətinə aid olan insan haqları gözətçiləri qrupu bildirib ki, amerikan koalisiya ötən ay ərzində riqqənin qərbinə qarşı hücumlarda 30 uşaq da daxil 84 mülkini öldürüb.