Səudiyyə Ərəbistanında dəyişiklik Amerika və Sionist rejimin iştirakı ilə baş tutur
https://azeri.sahartv.ir/news/qərbi_asia-i283855-səudiyyə_Ərəbistanında_dəyişiklik_amerika_və_sionist_rejimin_iştirakı_ilə_baş_tutur
Müctehid adı ilə tanınan səudiyyəli fəal özünün son Tvitində Səudiyyə Ərəbistanında siyasi, iqtisadi və ictimai dəyişikliklər dalğasının Amerika, sionist rejim, BƏƏ və Misir başçılarının iştirakı ilə yarandığını deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 28, 2017 13:48 Asia/Baku
  • Səudiyyə Ərəbistanında dəyişiklik Amerika və Sionist rejimin iştirakı ilə baş tutur
    Səudiyyə Ərəbistanında dəyişiklik Amerika və Sionist rejimin iştirakı ilə baş tutur

Müctehid adı ilə tanınan səudiyyəli fəal özünün son Tvitində Səudiyyə Ərəbistanında siyasi, iqtisadi və ictimai dəyişikliklər dalğasının Amerika, sionist rejim, BƏƏ və Misir başçılarının iştirakı ilə yarandığını deyib.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Müctehid 2030 sənədinin hazırlanmasında iştirakı olmuş amerikan rəsmiyə istinadla yazıb: Səudiyyə Ərəbistanında siyasi, ictimayi və iqtisadi dəyişikliklər reallaşacaq və hər kəs bu prossesə mane olarsa Səudiyyə rejimi tərəfindən həbs ediləcək.

Müctehid deyib: Amerikan rəsminin dediyinə görə, bu xüsusda hazırlanmış proqramlar siyasi hakimiyyətin Səudiyyə vəliəhdi Məhəmməd Bin Salmanın əlində cəmləşməsinə və ölkənin layikləşməsinə yönəlikdir.

Müctehid həmçinin öz tvitində amerikan rəsmiyə istinadla yazır: Səudiyyə Ərəbistanında həbslər daha da geniş miqyas alacaq və ziyalılardan əlavə hakimlər, şahzadələr və Məhəmməd Nayifə tabe olan zabitləri də əhatə edəcək.

Bu məlumata görə, Ərəbistan kralı Məlik Salman son günlər bu dəyişikliklər prossesi çərçivəsində bir fərman imzalayaraq qadınlara sürücülük vəsiqəsinin verilməsini azad edib.