Okt 01, 2017 18:00 Asia/Baku
  • İraq İran QAC-ın fəaliyyətini yüksək dəyərləndirib

Hüseyn(ə) zəvvarlarının müalicəsi üzrə mərkəzin məsul şəxsi İranın Qırmızı Aypara Cəmiyyətinin İraqdakı xidmətlərini yüksək dəyərləndirərək, bu cəmiyyətin böyük müalicə qruplarının Kərbəlanın müxtəlif nöqtələrində yerləşmələrini istəyibdir.

Hüseyn(ə) zəvvarlarının müalicəsi üzrə mərkəzin məsul şəxsi Şeyx Abbas Şuk deyib: Məhərrəm günlərində tibb qruplarının Kərbəlanın müxtəlif nöqtələrində yerləşmələri üçün İranın Qırmızı Aypara Cəmiyyəti ilə koordinasiyalar həyata keçirilib.

Hüseyn(ə) zəvvarlarının müalicəsi üzrə mərkəzin məsul şəxsi deyib: Zəvvarların sayının bir neçə milyon nəfərə çatdığı Aşura, Ərbəin və 15 şəban kimi münasibətlərdə İranın Qırmızı Aypara Cəmiyyətinin həkimləri tərəfindən xəstə zəvvarların və bu cəmiyyətin çadırlarında son dərəcə qənaətbəxş müalicə xidmətlərinin göstərilməsinin şahidi oluruq.

Aşura mərasiminin keçirilməsi üçün milyonlarla zəvvarın Kərbəlada iştirakı ilə bir zamanda İraq dövləti zəvvarların təhlükəsizliyinin təmini və onların Kərbəla vilayətinin girəcəklərinə daxil olmaları əməliyyatının asanlaşdırılması üçün dörd min könüllü qüvvənin iştirakından xəbər verib.

Hüseyn Aşurası mərasimi hər il İraqın daxilindən və xaricindən, o sıradan İrandan olan milyonlarla zəvvarın iştirakı ilə müqəddəs Kərbəla şəhərində keçirilir.

 

 

Teqlər