Sionist hərbçilər əl-Xəlilin şimalına basqın ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i284301-sionist_hərbçilər_əl_xəlilin_şimalına_basqın_ediblər
Sionist hrəbçilər əl-Xəlil şəhərinin şimalında Beyt Əmir qəsəbəsinə basqın edərək fələstinli gənclərlə toqquşublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 04, 2017 14:01 Asia/Baku
  • Sionist hərbçilər əl-Xəlilin şimalına basqın ediblər

Sionist hrəbçilər əl-Xəlil şəhərinin şimalında Beyt Əmir qəsəbəsinə basqın edərək fələstinli gənclərlə toqquşublar.

Fələstinin rəsmi informasiya agentliyinin məlumatına görə, Beyt Əmir qəsəbəsində media fəalı Məhəmməd Əvəz deyib: İsrail rejimi hərbçiləri ötən gecə Beyt Əmir qəsəbəsinin cənubunda Əz-Zöhr bölgəsinə, Kərəmi Təsəvvür sionist sakinli qəsəbənin ətrafına hücum çəkib və üç fələstinli gənci yaralayıblar. 

Bu media fəalı bildirib: İsrail rejimi hərbçiləri Beyt Əmir qəsəbəsində fələstinli gənclərə qarşı rezin güllələr və gözyaşardıcı qazlardan istifadə ediblər. 

Sionist hərbçilər zaman zaman fələstinlilərin kəndləri və mənzillərinə hücum edir və fələstinlilərlə toqquşaraq çoxlu sayda fələstinlini əsir götürürlər.