Brucerdi Suriya xarici işlər naziri və parlament sədri ilə görüşüb
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Dəməşqdə Suriya xarici işlər naziri və parlament sədri ilə görüşərək danışıqlar aparıb.
İRİB-in məlumatına görə, Əlaəddin Brucerdi çərşənbə günü Dəməşqdə Suriya xarici işlər naziri Vəlid əl-Müəllimlə görüşdə ikitərəfli əlaqələr, Suriyanın son prosesləri, Yaxın Şərqin vəziyyəti və beynəlxalq olaylar haqda danışıqlar aparıb.
Brucerdi həmçinin Suriya parlamentinin sədri Həmudə Yusif Səbbağla görüşdə ikitərəfli əlaqələri araşdırmaqla yanaşı iki ölkənin terrorizmlə mübarizədəki koordinasiyaları haqda məsləhətləşmə aparıb.
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri çərşənbə axşamı gecə parlament heyətinin müşayiəti ilə Suriya paytaxtı Dəməşqə səfər edib.