İraq dövləti iki vitse-prezident ilə Barizaninin razılaşmasına qarşı çıxıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i284661-İraq_dövləti_iki_vitse_prezident_ilə_barizaninin_razılaşmasına_qarşı_çıxıb
İraqın mərkəzi dövləti bu ölkənin iki vitse-prezidentinin İraq Kürdüstanının başçısı ilə razılaşmasına qarşı çıxaraq, vurğulayıb ki, bu cür razılaşmalar Bağdad üçün məcburi deyildir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 08, 2017 15:33 Asia/Baku
  • İraq dövləti iki vitse-prezident ilə Barizaninin razılaşmasına qarşı çıxıb
    İraq dövləti iki vitse-prezident ilə Barizaninin razılaşmasına qarşı çıxıb

İraqın mərkəzi dövləti bu ölkənin iki vitse-prezidentinin İraq Kürdüstanının başçısı ilə razılaşmasına qarşı çıxaraq, vurğulayıb ki, bu cür razılaşmalar Bağdad üçün məcburi deyildir.

İraq dövlətinin sözçüsü Səəd Əlhədisi bu gün bildirib: İraq dövləti Barizani ilə İraqın vitse-prezidentləri Üsamə Əlnəcifi və Əyad Əlavinin razılaşması qarşısında heç bir məsuliyyət qəbul etmir.

Səəd Əlhədisi əlavə edib: İraq dövləti əsas qanundan kənar heç bir hərəkəti rəsmi şəkildə tanımır və İraq Kürdüstanında separatçılıq referendumunun keçirilməsi qarşısındakı mövqeyini dəyişməyəcəkdir.