Hərəmi İbrahiminin qapıları fələstinlilərin üzünə bağlanıb
-
Hərəmi İbrahiminin qapıları fələstinlilərin üzünə bağlanıb
Sionist hərbçilər bu gün səhərçağı hərəmi İbrahiminin qapılarını fələstinli namaz qılanların üzünə bağlayıblar.
İRNA-nın verdiyi məlumata görə, yerli mənbələr bildiriblər ki, sionist rejim başçıları hərəmi İbrahiminin idarə heyətinə bildiriblər ki, Ərş bayramı münasibəti ilə hərəmin qapıları çərşənbə axşamınadək müsəlman namaz qılanların üzünə bağlı olacaq və hərəmin minarələrindən azanın yayımlanmasına qadağa qoyulacaq.
Hərəmi İbrahiminin müdiri Həfzi Əbu Səninə deyib: Hərəmi İbrahiminin qapıları sionist qəsəbə sakinlərinin üzünə açıqdır , bu da hərəmi İbrahimidə müsəlmanların hüquqlarının gözardına vurulması və ibadət azadlığının pozulması deməkdir.
Hərəmi İbrahimi 1994-cü ildə 29 nəfərin ölümü və 150 nəfərin yaralanması ilə nəticələnən müsəlmanlara qarşı qırğın əməliyyatından sonra iki müsəlman və yəhudi hissələrə bölünüb. Sionist rejim hərəmi İbrahiminin yarısını nəzarətə alıb və müsəlmanlara oradan istifadə imkanı vermir.
Digər tərəfdən sionist rejim hərbçiləri Beyt Ləhmdə Əl-İzzə düşərgəsi və Əl-Xəlildə Vadi Əl-Səmnə hücum edərək bir neçə fələstinli gənci həbs edib onların evlərini dağıdıb.
Cənin düşərgəsində də sionist rejim hərbçiləri fələstinlilərlə toqquşublar və bir neçə fələstinli gənci həbs ediblər.