Hədidiyyə qərb sahilinin yoxsul bölgələrinin bir nümunəsidir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i284849-hədidiyyə_qərb_sahilinin_yoxsul_bölgələrinin_bir_nümunəsidir
İordan çayının qərb sahilində Xirbə əl-Hədidiyyə bölgəsi ən ilkin imkanlardan məhrum olan Fələstin bölgələrindən biridir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 10, 2017 16:30 Asia/Baku

İordan çayının qərb sahilində Xirbə əl-Hədidiyyə bölgəsi ən ilkin imkanlardan məhrum olan Fələstin bölgələrindən biridir.

Bu 7 yaşlı fələstinli uşağın adı Əsirdir. O anadangəlmə əzələ zəifliyi xəstəliyindən əziyyət çəkir.

Bu xəstəlik bədən əzələrinin süstləşməsi və əl və ayaq əzələlərinin həcminin azalmasına səbəb olur və insan orqanizminin bir çox üzvünün yetərsiz qalması ilə nəticələnir. Bu uşaq davamlı müalicə xidmətlərinə ehtiyaclıdır. Lakin bu xidmətlərdən məhrumdur. Çünki Xirbə əl-Hədidiyyə adlı bölgədə yaşayır. İsrail bu bölgəni öz hərbi bölgələrindən birinə çevirib və onu ətraf bölgələrdən ayırıb. Hər hansı lazımi müalicə və səhiyyə xidmətlərindən məhrum qalan Xirbə əl-Hədidiyyə bölgəsi dağlıq və çətin keçilən yolları olan bölgədə yerləşib və bu bölgəyə gediş-gəliş çətindir.

Əsirin atası Yəsra əl-Salamin işğal olunmuş Fələstində əl-Aləm müxbirinə müsahibədə deyib: Biz bir neçə gündən sonra bölgədən çıxmaq üçün İsrail ordusunun razılığını ala bilirik və xəstəxanada işimiz bitdikdən sonra öz ərazimizə qayıtmaq məqsədilə ordununun razılığını almaq üçün bir neçə gün vaxt sərf etməliyik. Bizim ilkin xidmət və imkanlara ehtiyacımız var. Lakin bölgəmizdə bu imkan və xidmətlər yoxdur.

Xirbə əl-Hədidiyyə bölgəsi səhiyyə və müalicə xidmətlərindən məhrumdur. Üstəlik istifadə etmək üçün suyu da yoxdur. Çünki qəsəbə sakinləri bu bölgə suyunu öz nəzarətlərində saxlayırlar. Qəsəbə sakinləri həmçinin bölgə sakini olan fələstinlilərin ərazilərini də mənimsəyiblər və fələstinillərə orada ev tikmək icazəsi verilmir. Əgər fələstinlilər özləri üçün ev tikərlərsə, İsrail qüvvələri dərhal onu dağıdırlar. Bu bölgənin əkinçiləri də öz əkin sahələrinə gedə bilmirlər. Buna görə, fələstinlilər heyvandarlığa üz tutublar.

Xirbə əl-Hədidiyyə bölgəsi Şurasının məsul şəxsi Əbdürrəhim Bəşarat əl-Aləm müxbirinə deyib: Bizim bölgə sakinlərinin sonu ölümdür. Bu bölgədə canı olan hər bir bədən ölümə məhkumdur. Biz suya, evə, məktəbə, tibb məntəqəsinə və yola ehtiyaclıyıq. Bizim bölgəyə gələn yollar təmirə ehtiyaclıdır.

İordan çayının qərb sahilində Xirbə əl-Hədidiyyə bölgəsi sakinlərinin yaşamaq istədiyi və öz həyatlarını davam etdirməyə çalışdığı bölgələrə bir misaldır.