Okt 24, 2017 12:25 Asia/Baku
  • 650 suriyalı öz evinə qayıdıb
    650 suriyalı öz evinə qayıdıb

Suriyanın Həmimim şəhərində Rusiyanın Atəşkəsə Nəzarət Mərkəzinin sədri 650 suriyalı didərginin ötən həftələr ərzində öz evinə qayıtmasından xəbər verib.

İRİB-nin verdiyi məlumata görə, Sergey Kuroloenko 650 suriyalı didərginin öz evinə qayıtmasına işarə edərək, deyib: Evinə geri dönən suriyalıların 380 nəfəri Dəməşq, 153 nəfəri isə Hələb şəhərlərinin sakinləridirlər. 

Kurolenko daha sonra əhalinin öz evlərinə geri qayıtmasına yardım məqsədi ilə Rusiyanın Suriyanın əhalinin sıx olduğu məntəqələrində yerli rəsmilər ilə əməkdaşlıq etməsinə işarə edib və deyib: Moskva Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə təhlükəsizliyin təmin edilməsi üzrə birgə əməkdaşlıqların edilməsi və Suriyanın Qırmızı Aypara Cəmiyyətinin humanitar yardımlarının əhaliyə çatdırılması sahəsində danışıqlar aparıb.

Bu məlumata görə, Rusiya rəsmiləri Suriyanın Şərqi Ğutə məntəqəsi sakinlərinə humanitar yardımların çatdırılması əməliyyatının asanlaşdırılması və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə "Filqürrəhman" adlı terrorçu qruplaşmanın nümayəndələri ilə də danışıqlar aparıblar. 

Teqlər