Suriya ordusunun və müqavimətin irəliləyişi davam edir
Suriya ordusu və müqavimət qüvvələri İŞİD ünsürləri ilə döyüşdən sonra Diyrəzzurun "Həvicəh Səkr" məntəqəsini terrorçuların işğalından çıxarıblar.
Fərat çayının şərq sahilində də Suriya ordusu Diyrəzzurun şimal-şərq istiqamətində İŞİD terrorçularına qarşı Əlcədidə məntəqəsinə doğru uğurlu əməliyyat həyata keçirib.
Müqavimət qüvvələri həmçinin İŞİD-in Xəşam qəsəbəsi ətrafındakı sonuncu toplaşma mərkəzlərini məhv ediblər.
Bu istiqamətdə Suriya ordusunun artilleriyası və qırıcıları Diyrəzzur şəhərində Əlhəmidiyyə, Ələrzi, Əlcəbilə və Kənamat məhəllələrini hədəfə alıblar.
Müqavimət qüvvələri iki gün bundan öncə də Diyrəzzur şəhərinin Əlsənaə məhəlləsinin nəzarətini ələ keçirə bilmişdilər.
İŞİD terrorçularının Diyrəzzur vilayətindəki çətin şəraiti elə bir haldadır ki, Suriya qüvvələri bu vilayətin cənub-şərqində terrorçuların Diyrəzzurdakı ən mühüm qərargahı olan Bukəmal şəhərinə tərəf diqqətəlayiq irəliləyişlərə malik olublar.
Bukəmaldakı yerli qaynaqların bildirdiklərinə görə, İŞİD ünsürləri şəhərin girəcəklərində və ona çıxan əsas yollarda bomba yerləşdiriblər.
İŞİD terrorçularının Diyrəzzurun cənub-şərq ətrafındakı mühasirə halqasının daralmasının ardınca terrorçuların başçıları, o cümlədən Həmadi Əbu Əlmusənna ləqəbli Muhəmməd Əhməd Əlseyyid, həmçinin Əmir Əhməd Əlseyyid və Əhməd Əlkəmari bu məntəqələrdən qaçıblar.