Əl-Aləm: Balfur bəyannaməsinin 100 illiyi və fələstinlilərin etirazları
https://azeri.sahartv.ir/news/qərbi_asia-i285871-Əl_aləm_balfur_bəyannaməsinin_100_illiyi_və_fələstinlilərin_etirazları
Fələstinlilər Balfur bəyannaməsini Fələstin xalqına edilmiş əxlaqsız və qeyri-insani bir cinayət adlandırıb, Britaniyanın bu cinayətə görə üzr istəməsi və fələstinlilərə kompensasiya ödəməsini istəyiblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2017 13:39 Asia/Baku

Fələstinlilər Balfur bəyannaməsini Fələstin xalqına edilmiş əxlaqsız və qeyri-insani bir cinayət adlandırıb, Britaniyanın bu cinayətə görə üzr istəməsi və fələstinlilərə kompensasiya ödəməsini istəyiblər.

Əl-Aləm kanalının verdiyi məlumata görə, bu kanalın Qəzzədəki müxbiri deyib: Britaniyanın "Balfur Bəyannaməsi"nin 100-cü ildönümünü qeyd etməyə hazırlaşdığı bir şəraitdə fələstinlilər bu bəyannaməni qeyri-qanuni və qeyri-əxlaqi adlandıraraq, onu Fələstin xalqının hüquqları və tarixinə edilmiş xəyanət adlandırıblar və Britaniyanın bu cinayətə görə üzr istəməsi və fələstinlilərə kompensasiya ödəməsini istəyiblər.

Fələstinlilər həmçinin, bildiriblər ki, nə qədər zaman keçməsinə və Fələstiin xalqına qarşı fitnəkarlıqların daha da artmasına baxmayaraq, işğal edilmiş ərazilərin azad və hüquqlarının təmin edilməsi üçün mübarizədən əl çəkməyəcəklər.

Fələstinlilər onlara aid olan torpaqların yadlara verilməsinə zəmin yaradan Balfur Bəyannaməsini Britaniya və avropalı müttəfiqlərinin və hətta, BMT-nin Fələstin xalqına qarşı cinayəti hesab edirlər.

Balfur Bəyannaməsi Fələstin torpaqlraına İsrailin toxumlarını səpmiş oldu. Britaniya bu hərəkəti ilə qədim tarix və mədəniyyətə malik olan Fələstin xalqının qırğın edilməsi və didərgin salınmasına şərait yaratdı.

Fələstinli tarixçi və yazıçı Yusif Hicazi deyir: "Britaniyanın bu məsələdə oynadığı rol tamamilə qeyri-insani, qeyri-əxlaqi və qeyri-qanuni olub. Çünki, Fələstini bu torpaqlarda heç bir haqqı olmayanlara verib."

Bu torpaqlar Fələstin diyarıdır. Özünəməxsus tarixi, mədəniyyəti, coğrafiyası və sivilizasiyası var. Bu torpaqlar fələstinlilərə məxsus olub və bundan sonra da belə olacaq. Balfur Bəyannaməsi bu torpaqları onun həqiqi sahiblərindən ala bilməyəcək.

İsrail rejiminin toxumları "xalqsız torpaqlar və torpaqsız xalq" prinsipi əsasında formalaşıb. Fələstinlilərin qanını axıtmaları üçün sionistlər Qərbin silahları ilə təchiz edildilər. İsrail rejimi o dövrün müstəmləkəçi Qərb dövlətlərinin razılığı və dəstəyi ilə fələstinlilərə qarşı kütləvi qırğınlar və amansız cinayətlər törətdilər. Və Qərbin bu qanunsuz rejimə olan dəstəyi bu gün də davam edir.

BMT, Amerika və Avropa ölkələri Balfur Bəyannaməsini təsdiq etməklə Fələstin xalqına edilən böyük xəyanətdə başlıca rol oynadılar və İsrailin formalaşmasına yaşıl işıq göstərdilər.

Ərəblər də bu məsələdə az paya malik deyillər və onların rolu Britaniyanın rolundan heç də az deyil.

Buna baxmayaraq, fələstinlilər təslim olmadılar və 1929-cu ildə Əl-Bəraq qiyamına əl atdılar. 1936 və 1965-ci illərdə də fələstinlilər oxşar səylər həyata keçirdilər. Daha sonra ilk intifazə və ya Daş İnqilabı başlandı. İkinci intifazə isə Əl-Əqsa adıilə məşhurlaşdı. Müxtəlif formalarda davam edən müqavimət və mübarizə bu günə kimi səngimək bilməyib.

Fələstin İslami Müqavimət Hərəkatının sözçüsü Fozi Bərhum isə fələstinlilərin müqavimətə sadiq olduqlarını bildirib və deyib: öz müqəddəslərimiz və torpaqlarımızı müdafiə edəcəyik. Fələstin xalqına qarşı istənilən növ təcavüzkarlıq və işğalçılıq qarşısında dayanacaq və torpaqlarımızın yəhudiləşdirilməsi ilə mübarizə aparacağıq.

İsrail rejimi Fələstin torpaqlarındakı varlığını daimi etmək üçün "böyüklər ölür, kiçiklər isə unudur" prinsipini əsas götürsə də, yaşlı  fələstinlilər ölməzdən öncə Fələstinin azadlıq mübarizəsi bayrağını gənc nəsilə təhvil verir və bu yolla mübarizənin davam etməsinə zəmin yaradırlar.

Fələstin İslami Cihad Hərəkatının rəhbər üzvlərindən olan Xızır Həbib deyir: "Fələstin xalqı Balfur bəyannaməsinə təslim olmayacaq və işğal edilmiş ərazilərini azad etmək üçün səylərini davam etdirəcək."

Qəzzə sakini olan bir fələstinli isə deyir: "Nə qədər zamanın keçməsi önəmli deyil, biz öz torpaqlarımızdan əl çəkməyəcək və onu unutmayacağıq".