Okt 29, 2017 19:39 Asia/Baku
  • M.Barizani İraq Kürdüstanı məntəqəsinin başçılığından kənara çəkilib
    M.Barizani İraq Kürdüstanı məntəqəsinin başçılığından kənara çəkilib

İraq Kürdüstanı məntəqəsinin başçısı bu məntəqənin yerli parlamentinə ünvanladığı məktubda bildirib ki, onun sədrlik dövrü daha uzadılmayacaqdır.

Məsud Barizani bu məktubda yazıbdır ki, İraq Kürdüstanı iqlimi başçısının ixtiyarları parlamentə, yerli dövlətə və məhkəmə orqanına tapşırılsın.

Dünən İraq Kürdüstanı məntəqəsinin parlamentinə göndərilmiş və bu gün yerli parlamentdə oxunmuş bu məktubda deyilir: İraq Kürdüstanı məntəqəsinin parlamenti bu mənsəbin, yəni İraq Kürdüstanı məntəqəsi başçısının vəzifə və ixtiyarlarında qanun boşluğunun yaranmasının qarşısını almaq üçün lazımi addımlar atsın.

İraq Kürdüstanı məntəqəsinin yerli parlamenti bu gün Barizaninin məktubunu araşdırmaq üçün yığıncaq keçirib, amma bu yığıncaq nümayəndələrin toqquşmaları və bir-birilərini döymələri ilə nəticələnib.

Məlumatlara əsasən, İraq Kürdüstanı demokrat partiyasının tabeliyində olan nümayəndələr Barizaninin ləyaqətsizliyini tənqid edən "Gqran" fraksiyasının nümayəndəsi Rabun Mərufa hücum edərək, onu döyüblər.

Teqlər