Okt 31, 2017 10:59 Asia/Baku
  • Livan prezidenti: İran regional qüdrətdir
    Livan prezidenti: İran regional qüdrətdir

Livan prezidenti Mişel Oun bildirib ki, İran regional qüdrətdir və Tehranın region olaylarındakı iştirakı və roluna göz yummaq olmaz.

Mişel Oun dünən gecə Livan telekanallarının xəbər müdirlərilə görüşdə vurğulayıb: İran, İslam İnqilabının qələbəsindən sonra Qərb tərəfindən sanksiyaya məruz edilib, amma bununla belə, özünə söykənməklə regional qüdrətə çevrilib, region hadisələri və həll yollarında rol oynayır və heç kəs bu gerçəklyii dana bilməz.

O, vurğulayıb: İranın Suriya böhranının həlli üzrə Astana və Cenevrə müzakirələrində iştirakı bu regional qüdrətin rolundan söz açır.

Livan prezidenti Ərəbistanla bağlı cərəyandan asılı olan Əlmustəqbəl telekanalının xəbər müdirinin Livan prezidentinin ərəb dövlətlərinin İranla çəkişmələri ilə bağlı mövqeyi barədəki sualının cavabında qətiyyətlə bu iddianı rədd edib və vurğulayıb: Kim deyib ki, ərəb dövlətlərinin İranla problemi var?!

 

 

Teqlər