İsmayıl Həniyyə: Düşmən oyun qaydalarını dəyişə bilməyəcək
Noy 02, 2017 07:17 Asia/Baku
-
İsmayıl Həniyə: Düşmən oyun qaydalarını dəyişə bilməyəcək
Həmas hərəkatının siyasi bürosunun sədri İsmayıl Həniyə İsrailin Xan Yunusun şərqinə qarşı son hücumunda şəhid olanların dəfn mərasimində etdiyi çıxışında deyib: Düşmən bu kimi qırğınlarla oyunun qaydalarını istədiyi kimi bizə qəbul etdirməyi düşünürsə, xəyala qapılmış olur. Ona görə ki, bizim iradəmiz işğalçılardan daha güclüdür.
Həniyə deyib: Silahımız iftixarımızdır və müqavimət silahına zərbə vurmaq istəyən hər kəs, Allaha, peyğəmbərə(s.ə) və Fələstin xalqına xəyanət etmiş olur. Müqavimətin silahı hamımızın başımızın üstündə yeri var. Müqavimət və silah mövzusu bizim qırmızı xəttimizdir və kimsəyə ona yaxınlaşmaq icazəsi verməyəcəyik.
Teqlər