Səd Həririnin şübhəli istefası
-
Səd Həririnin şübhəli istefası
Livanlı nazir: Səd Həririnin Livanın baş naziri vəzifəsindən istefa verməsi şübhəlidir və bu qərarın verildiyi zaman və məkan çaşbaşlıq və şübhəni artırır.
Livanın baş naziri Səd Həriri bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ərrəyadda istefasını elan edib.
Əl-Məyadin telekanalının verdiyi məlumata görə, Livanın ədliyyə naziri Səlim Cərisati deyib: Həririnin istefası gözlənilməz və Livandakı atmosferə zidd idi.
Livan parlamentinin nümayəndəsi Emil Rəhmə Əl-Məyadin telekanalına verdiyi müsahibədə deyib: Səd Həririnin istefası sionist rejimin Livana qarşı ehtimal olunan hərəkətinə zəmin yaratmaq xarakteri daşıyır.
Emil Rəhimə "Səd Hərini nəyə görə Səudiyyə Ərəbistanında ikən istefa verdi?" sualına cavabda deyib: Ona görə ki, Səudiyyə Ərəbistanı ondan istefa verməsini istəyib, Səd Həriri dünən gecə Beyrutda iranlı heyətlə görüşündən çox razı qalmışdı.
İslam inqilabının böyük rəhbərinin müşaviri Əli Əkbər Vilayəti dünən Səd Həriri ilə görüşündə onun başçılıq etdiyi Livan hökumətini himayə etmişdi.
Səd Həririnin istefa verməsi göstərir ki, o Səudiyyə rəhbərlərinin təzyiqi və təsiri altında qalıb və Səd Həririnin İran İslam Respublikası və Livan Hizbullahına qarşı iddiası bunun göstəricisidir.