Noy 09, 2017 12:06 Asia/Baku
  • İbrahim Cəfəri: Terrorizmlə savaş bütün ölkələrin məsuliyyətidir
    İbrahim Cəfəri: Terrorizmlə savaş bütün ölkələrin məsuliyyətidir

İraq xarici işlər naziri İbrahim əl-Cəfəri Dohada Qətər xarici işlər naziri ilə keçirdiyi birgə mətbuat konfransında deyib: Terrorizm dünyanın real düşmənidir və onunla savaş bütün ölkələrin məsuliyyətidir.

İraq xarici işlər naziri əlavə edib: Bizim digər ölkələrlə əlaqələrimiz qarşılıqlı mənafeyin reallaşmasına əsasəndir. Bu əlaqələr digər ölkələrlə əlaqələrə alternativ deyildir. Bizim 6 ölkə yəni Türkiyə, İran, Küveyt, Səudiyyə Ərəbistanı, Suriya və İordaniya ilə əlaqələrimiz vardır. Bu əlaqələrin bizim üçün iqtisadi, siyasi və təhlükəsizlik gəlirləri vardır. Belə ki, digər qardaşlarımızla əlaqə üçün amilə çevrilə bilər. Bizim hal-hazırda İranla dostluq əlaqələrimiz vardır və bu əlaqələri başqa ölkələrə xidmət üçün amilə çevirməyi borc bilirik. Səddamın Fars körfəzi ölkələrinə zərbə vurması keçmişə aiddir və sona çatdı. İndi İraq Fars körfəzi ölkələrinin bir hissəsidir. İraq yoxsul ölkə deyil ki, coğrafiyanın bir hissəsi üçün dilənçilik etsin. Körfəz ölkələr toplusunu özündə yerləşdirən bir reallıqdır və İraq da bu toplunun üzvlərindəndir. 

Teqlər