Müxalif şahzadələrə Ər-Riyad otellərində işgəncə edilir
Ərəbistan vəliəhdi Məhəmməd bin Salman özü ilə müxalif olan şahzadələr və iş adamlarını Ər-Riyadın ən bahalı otellərində işgəncə edir.
Faynenşal Tayms qəzeti Ərəbistanda korrupsiyada ittiham və həbs edilən şahzadələr və iş adamlarının taleyi ilə bağlı yazıda, onların üzləşdikləri bəzi məsələləri ifşa edib. Bu məlumata görə, həmin şahzadələr və iş adamları ilə öz mal varlıqlarından imtina etmələri və əmlaklarının müsadirə edilməsinə icazə vermələri haqda danışıqlar aparılır.
Ərəbistan başçılarının onlarla şahzadə, nazir və iş adamını korrupsiyada ittiham və həbs etməsinin ardınca, yaranan ilk sual "görəsən bu həbslərdə məqsəd həqiqətən korrupsiya ilə mübarizənin aparılmasıdır?" sualıdır.
Faynanşal Tayms qəzetinin yazdığına görə, bu şəxslər ilə azadlıqları müqabilində mal varlıqlarından imtina etmələri haqda danışıqlar aparılır.
Məlumatlı mənbələr bu qəzetə bildiriblər ki, Ər-Riyad başçıları müttəhimlərin öz mal varlıqlarının 70%-ə qədərini təhvil vermələrini istəyirlər. Onlar bu yolla 79 milyard dollarlıq büdcə kəsri ilə üzləşən dövlət xəzinəsinə milyardlarla dollar qazandırmağı düşünürlər.
Bu məlumata görə, həbs edilmiş şəxslərdən biri öz bank hesabından onlarla milyon Ərəbistan riyalı pul çıxardıb. Ərəbistanın sabiq dövlət rəsmilərindən biri isə 4 milyard Ərəbistan riyalı dəyərində olan səhmlərindən vaz keçməyə razı olub. Saxlanılanlardan biri də öz işçilərinə dövlət tərəfindən onun şirkətinə tam nəzarətin təmin edilməsi istəyinin irəli sürüldüyünü bildirib. Beləliklə, Ər-Riyadın ən bahalı otellərində həbs edilən şəxslər mal varlıqlarının müsadirə edilməsi ilə üzləşiblər.
Deyli Mil qəzeti də bir neçə gün öncə bildirmişdi ki, həbs edilmiş Ərəbistan şahzadəsi Vəlid bin Təlal Beyrutdakı iki böyük otelini satışa çıxartmaq istəyir.
Ərəbistan rejimi korrupsiyada ittiham edilənlər ilə, mal varlıqlarının müsadirə edilməsi müqabilində barışmaq metodunun yaradıcısı sayılmır. Belə ki, daha öncə Rusiya və Gürcüstan da oxşar hadisələrin şahidi olub.
Blumberq nəşriyyatı bu kimi metodun faydasını büdcə çatışmazlığından əziyyət çəkən dövlət xəzinəsinə sürətlə pul transfertinin həyata keçirilməsi adlandırır. Zira, iddia edilən ittihamlarla bağlı məhkəmə prosesi uzun illər davam edə və ağır xərclərə səbəb ola bilər.
Blumberq yazır: Bu metoddan istifadənin yeganə təhlükəsi korrupsiyanın mal varlıqlarının müsadirə edilməsi məsələsinə qədər nüfuz etməsidir.
Faynanşal Taymsın yazdığına görə, həbs edilənlərin sərbəst buraxılması üçün yeganə şərt mal varlıqlarından imtina etmələri deyil. Onlar Ərəbistan vəliəhdi Məhəmməd bin Salmana sadiq qalacaqları barədə də zəmanət verməlidirlər. Elə buna görə də, bu həbslərin Ərəbistanda korrupsiya ilə mübarizə istiqamətində yox, Məhəmməd bin Salmanın yolu üzərində dayanan maneələrin aradan qaldırılması məqsədi daşıdığı aydınlaşmış olur.