Əl-İbadi: İraq parlament seçkiləri vaxtında keçiriləcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i286763-Əl_İbadi_İraq_parlament_seçkiləri_vaxtında_keçiriləcək
İraq baş naziri parlament seçkilərində iştirak etmək ərizəsini almaqla yanaşı bu ölkə vətəndaşlarından seçkilərdə iştirak etmək ərizəsini almaq üçün əlaqədar dairələrə müraciət etmələrini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 19, 2017 06:10 Asia/Baku
  • Əl-İbadi: İraq parlament seçkiləri vaxtında keçiriləcək
    Əl-İbadi: İraq parlament seçkiləri vaxtında keçiriləcək

İraq baş naziri parlament seçkilərində iştirak etmək ərizəsini almaqla yanaşı bu ölkə vətəndaşlarından seçkilərdə iştirak etmək ərizəsini almaq üçün əlaqədar dairələrə müraciət etmələrini istəyib.

İRNA-nın məlumatına görə, İraq baş naziri Heydər əl-İbadi şənbə günü İraq parlament seçkilərində iştirak ərizələrinin paylandığı dairələrdən birində deyib: Bəzi siyasi cərəyanların açıqlamalarının əksinə olaraq, bu seçkilər təyin olunan vaxtda yəni 15 may 2018-də keçiriləcək. 

Əl-İbadi ölkə ərazisinin İŞİD-in işğalından azad olunması cəbhəsi, ərazi bütövlüyünün qorunması və təhdidlər qarşısında müqavimətdə İraqın qələbəsinə toxunaraq bir daha korrupsiya ilə bağlı mübarizəyə dair vədini təkrarlayıb və deyib: Bu işlər İŞİD-in işi başa çatdıqdan sonra yenidən başlanacaq.